Bakı. 1 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun aprelin sonunda, Azərbaycan, Ermənistan və Gürcüstana rəsmi səfər etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə TASS təşkilatın katibliyindəki mənbəsinə istinadən məlumat verib.
"Dəqiq tarix deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim sazişinin imzalanma mərasimindən (22 aprel) az sonra baş tutacaq", - deyə mənbə bildirib.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik qarşıdakı səfərlə bağlı xəbəri nə təsdiq, nə də inkar edib.