Bişkekdə Heydər Əliyev adına park yaradılacaq

Bişkekdə Heydər Əliyev adına park yaradılacaq Parkın ərazisində Azərbaycan Mədəniyyət Mərkəzi və məktəbin tikilməsi nəzərdə tutulub
Xarici siyasət
20 Noyabr , 2014 12:46
Bişkekdə Heydər Əliyev adına park yaradılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Bişkekdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq parkın yaradılması planlaşdırılır. "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin vitse-meri Bakıtbek Düşembiyev Bişkek Qorkeneşin Rəyasət Heyətinin iclasında bildirib. 

Onun sözlərinə görə, ərazinin sahəsi 5,5 ha təşkil edir. Orada Azərbaycan səfirinin iqamətgahı, Azərbaycan Mədəniyyət Mərkəzi, eləcə də Azərbaycan Səfirliyinin qonaq evinin olması nəzərdə tutulub. Bundan başqa, burada 1 200 yerlik məktəb də tikiləcək. 

"Azərbaycan tərəfi park zonasının yaradılmasını tam şəkildə maliyyələşdirmək istəyini bildirib" - deyə, Düşembiyev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi