Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək Baronessa Emma Nikolson Bakıda keçiriləcək 23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək
Xarici siyasət
27 May , 2016 13:51
Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Bakı. 27 may. REPORT.AZ/ Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson mayın 31-də Azərbaycana gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, baronessa Emma Nikolson gələn həftə Bakıda keçiriləcək Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək.

Səfərin məqsədi ölkə hökuməti ilə münasibətlərin, eləcə də Azərbaycan-Britaniya arasında həm neft və qaz sahəsində, həm də digər sahələrdə ticarət əməkdaşlığının möhkəmləndirilməsidir. 

Səfər iyunun 6-da başa çatacaq. 

Qeyd edək ki,  23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransı iyunun 1-4-də Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi