​Yəməndən bir nəfər Azərbaycan vətəndaşı evakuasiya olunub

​Yəməndən bir nəfər Azərbaycan vətəndaşı evakuasiya olunub Rusiya FHN-in iki təyyarəsi 118 nəfər Rusiya və MDB ölkələri vətəndaşlarını evakuasiya edib
Xarici siyasət
16 İyul , 2015 09:46
​Yəməndən bir nəfər Azərbaycan vətəndaşı evakuasiya olunub

Bakı. iyul 16. REPORT.AZ/  Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə bir nəfər Azərbaycan vətəndaşı Yəməndən evakuasiya olunub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Rusiya FHN-in iki təyyarəsi bu ölkənin, həmçinin digər MDB dövlətlərindən olan və münaqişə zonasını tərk etmək istəyən 118 vətəndaşı ötən gecə Yəməndən Moskvanın Domodedovo hava limanına çatdırıb. Həmin təyyarələrlə Rusiya, Özbəkistan, Tacikistan, Ukrayna, Moldova, Efiopiya və bir Azərbaycan vətəndaşı evakuasiya edilib.

Uçuş müddətində sərnişinləri "Centrospas" tibb dəstəsinin həkimləri və Rusiya FHN-in Fövqəladə Psixoloji Yardım Mərkəzinin psixoloqları müşayiət ediblər.

Son xəbərlər

Orphus sistemi