​Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

​Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Azərbaycanda yaşayan Belarus vətəndaşları prezident seçkilərində səs verə biləcəklər
Xarici siyasət
17 Sentyabr , 2015 10:22
​Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Belarusun Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermənin keçirilməsi üçün hazırlıq işləri davam edir.

Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfirliyindən bildirilib.

Belarusda keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı diplomatik missiyasında seçki günü - oktyabrın 11-də səhər saat 8.00-dan 20.00-dək seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səfirlikdən bildiriblər ki, Azərbaycanda daimi yaşayan və həmçinin burada müvəqqəti olan bütün Belarus vətəndaşları səsvermə hüququna malikdirlər.

Həmçinin o da qeyd edilib ki, oktyabrın 11-də səsvermədə iştirak edə bilməyəcək Belarus vətəndaşları oktyabrın 6-dan 10-dək saat 10.00-dan 14.00-dək və 16.00-dan 19-dək vaxtından əvvəl səs verə bilərlər.

Qeyd edək ki, Belarusun Azərbaycandakı səfirliyi Nəcəfqulu Rəfiyev küçəsi 8 ünvanında yerləşir.

Son xəbərlər

Orphus sistemi