BƏƏ-nin nüfuzlu dövlət qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub

BƏƏ-nin nüfuzlu dövlət qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub “Caspian Oil & Gas 2016” tədbirinin qlobal və regional müstəvilərdəki əhəmiyyətindən bəhs edilib
Xarici siyasət
8 İyun , 2016 10:58
BƏƏ-nin nüfuzlu dövlət qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Əl-Bəyan” rəsmi dövlət qəzetində “İlham Əliyev: Mühitimizin iqtisadiyyatında və təhlükəsizliyində həyati əhəmiyyətli rol oynayırıq” sərlövhəli məqalə dərc edilib.

Bu barədə “Report”a  Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Məqalədə cari ilin 1-4 iyun tarixlərində paytaxt Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi-konfransının keçirildiyi barədə oxuculara məlumat verilərək, bu tədbirin qlobal və regional müstəvilərdəki əhəmiyyətindən bəhs edilib.

ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Rumıniya və digər ölkələrdən qlobal neft-qaz sahəsində qabaqcıl innovativ texnologiyalar və digər xidmətlər təqdim edən 200-dən artıq şirkətin iştirak etdiyi və ilbəil iştirakçi ölkələrin coğrafiyasının genişləndiyi özəlliklə qeyd edilib.

Sonra sözügedən sərgi-konfransın açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə toxunulub.

Daha sonra dövlət başçısının enerji siyasətinin konturlarına toxunduğu və bu siyasətin regionda və daha böyük coğrafiyada əməkdaşlığın inkişafına, sabitliyin təmin olunmasına xidmət etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdığı məqalədə əks edilib.

Məqalədə ABŞ prezidenti Barak Obama və Böyük Britaniya baş naziri Devid Kemeronun konfrans iştirakçılarına ünvanlandığı müraciəti də əks olunub.

Son xəbərlər

Orphus sistemi