Baş nazirin müavini: "Belarus Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

Baş nazirin müavini: "Belarus Azərbaycanla əməkdaşlıqda maraqlıdır" "Azərbaycanda ASK-nın inkişaf səviyyəsi heyranedicidir"
Xarici siyasət
19 May , 2016 14:27
Baş nazirin müavini: Belarus Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. 19 may. REPORT.AZ/ "Belarus bir sıra sahələrdə, o cümlədən aqrar-sənaye kompleksinin (ASK) inkişafında Azərbaycanla əməkdaşlığın gələcəkdə də davam etməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Belarusun baş nazirinin müavini Mixail Rusıy Bakıda keçirilən "Caspian Agro 2016" beynəlxalq sərgisi çərçivəsində deyib.

Baş nazirin müavini Bakıda keçirilən sərginin Azərbaycan və onun ASK-sının inkişaf səviyyəsini təhlil etmək üçün yaxşı fürsət olduğunu qeyd edib.

"Bu bir növ Azərbaycan ASK-nın artıq həyata keçirilmiş işlərlə bağlı hesabatıdır. Heyranedicidir. Bütün bunlara baxdıqdan sonra ölkənin qarşıya qoyulan məqsədlərə nail olduğu barədə əminlik yaranır. Qeyd etmək lazımdır ki, çox böyük addımlar atılıb. Biz həmkarlarımızın uğurlarına səmimi qəlbdən sevinirik", - deyə M.Rusıy bildirib.

Son xəbərlər

Orphus sistemi