​Barak Obama Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

​Barak Obama Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb “Biriləşmiş Ştatlar Azərbaycanla əməkdaşlığa sadiqdir”
Xarici siyasət
26 May , 2015 12:31
​Barak Obama Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

“Biriləşmiş Ştatlar Azərbaycanla əməkdaşlığa sadiqdir”

Bakı. 26 may. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.

Son xəbərlər

Orphus sistemi