​Banqladeşin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

​Banqladeşin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb Nazir Elmar Məmmədyarov Zulfiqur Rəhmanı qəbul edib
Xarici siyasət
19 Mart , 2015 19:07
​Banqladeşin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi