Bakıda MDB PAA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir

Bakıda MDB PAA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir MDB ölkələrindən olan deputatlar və ekspertlər bir sıra qanun layihələrini müzakirə edəcəklər
Xarici siyasət
10 Oktyabr , 2014 18:07
Bakıda MDB PAA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda MDB Parlamentlərarası Assambleyanın (PAA) mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir. "Report" MDB PAA mətbuat xidmətinə istinadən xəbər verir ki, deputatlar və ekspertlər "Elektron hökumət", "Elektron sənədlərin sərhədlərarası informasiya mübadiləsi", "Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi haqqında", "Könüllülük haqqında", "Vicdan, din və dini təşkilatların azadlıqları haqqında" və s. model qanunların layihələrini müzakirə edəcəklər. 

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin 2011-2015-ci illər üçün qanunvericilik planına əlavələr haqqında, MDB PAA-nın iş planına təkliflər haqqında informasiyanı dinləyəcəklər.

Komissiyanın iclasında sədr və sədr müavinləri seçiləcək. İclas işini oktyabr ayının 11-də tamamlayacaq. 

Son xəbərlər

Orphus sistemi