Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı keçirilib

Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı keçirilib İclas iştirakçıları multikulturalizm və müxtəliflik ideyalarının təşviqinin radikalizmin qarşısının alınmasına töhfə verdiyini qeyd edib
Xarici siyasət
27 Aprel , 2016 11:03
Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində UNAOC (BMT-nin Sivilizasiyalar Alyansı) Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı keçirilib.

"Report"un məlumatına görə, iclasın gedişində çıxış edən UNAOC ölkələrin nümayəndələri qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə, Azərbaycana minnətdarlığını bildirib. Onlar ölkələrinin Forumun məqsəd və vəzifələrinə sadiqliyini, eləcə də dünən qəbul edilmiş Bakı bəyannaməsinin vacibliyini qeyd edib.

İclas iştirakçıları multikulturalizm və müxtəliflik ideyalarının təşviqinin radikalizmin, marginalizasiyanın (təcridetmə - red.) və terrorçuluğun qarşısının alınmasına töhfə verdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi