Bakıda "Qırmızı körpü"nün inkişafına dəstək layihəsinin təqdimatı keçiriləcək

Bakıda "Qırmızı körpü"nün inkişafına dəstək layihəsinin təqdimatı keçiriləcək Layihə Azərbaycan və Gürcüstan arasında yük daşınmasının fəallaşdırılmasına yönəlib
Xarici siyasət
3 May , 2016 16:06
Bakıda Qırmızı körpünün inkişafına dəstək layihəsinin təqdimatı keçiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Bakıda "Azərbaycan və Gürcüstan arasındakı "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsinin inkişafına dəstək" layihəsinin təqdimatı keçiriləcək.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən və Aİ tərəfindən maliyyələşdirilən layihə mayın 5-də təqdim olunacaq.

Layihə Azərbaycan və Gürcüstan arasında yük daşınmasının fəallaşdırılmasına yönəlib. Əsas diqqət sanitar və fitosanitar yoxlamalara yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi