​Bakıda Mərakeşin milli bayramı qeyd edilib

​Bakıda Mərakeşin milli bayramı qeyd edilib Səfir: "Hər iki ölkə bir-birini beynəlxalq müstəvidə dəstəkləyir"
Xarici siyasət
30 İyul , 2015 21:08
​Bakıda Mərakeşin milli bayramı qeyd edilib

Bakı. 30 iyul. REPORT.AZ/ Bu gün Mərakeşin Azərbaycandakı səfirliyində ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib.

"Report" xəbər verir ki, mərasimdə Azərbaycanın və Mərakeşin dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami qəbulda çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyəti illərində Mərakeşdə siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, iki ölkənin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini deyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir iki ölkə arasında ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyədə olan münasibətlərin Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verdiyini vurğulayıb.

Sonra qonaqlar Mərakeş mətbəxi və musiqisi ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi