Bakıda Mərakeşin Azərbaycandakı səfirinin diplomatik missiyasının bitməsi münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Mərakeşin Azərbaycandakı səfirinin diplomatik missiyasının bitməsi münasibətilə rəsmi qəbul keçirilib Səfir Həsən Xaminin "Xəzərin nağılları" adlı kitabının təqdimetmə mərasimi keçirilib
Xarici siyasət
16 Sentyabr , 2016 19:27
Bakıda Mərakeşin Azərbaycandakı səfirinin diplomatik missiyasının bitməsi münasibətilə rəsmi qəbul keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda Mərakeşin Azərbaycandakı səfiri Həsən Xaminin diplomatik missiyasının bitməsi münasibətilə rəsmi qəbul keçirilib.

"Report"un verdiyi xəbərə görə, tədbirdə çıxış edən səfir Azərbaycanda işləməkdən məmnun olduğunu deyib.

Səfir həmkarlarına göstərdiklərə dəstəyə görə təşəkkür edərək deyib ki, Azərbaycana qonşu olan dövlətdə işləyəcək.

Tədbir çərçivəsində həmçinin səfirin "Xəzərin nağılları" adlı kitabının təqdimetmə mərasimi keçirilib. Kitaba H.Xaminin son şerləri daxil edilib. Kitab azərbaycan və ərəb dillərində nəşr edilib.

Xatırladaq ki, H.Xami fəaliyyətini Mərakeşin İrandakı səfiri kimi davam etdirəcək.  

Son xəbərlər

Orphus sistemi