Bakıda Macarıstanın viza mərkəzi açılacaq

Bakıda Macarıstanın viza mərkəzi açılacaq Səfirlik: Mərkəzin açılması vətəndaşlara viza alınması üçün sənəd qəbulu prosesini daha rahat edəcək
Xarici siyasət
14 Yanvar , 2016 15:28
Bakıda Macarıstanın viza mərkəzi açılacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda Macarıstanın viza mərkəzi açılacaq.

Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, mərkəzin açılışı yanvarın 22-də baş tutacaq.

Mərkəz "Dalğa Plaza" biznes mərkəzində yerləşəcək. Viza alınması üçün sənədlərin qəbulu ilə "BLS International" beynəlxalq şirkəti məşğul olacaq. Eyni zamanda, nömrə verilməsi ləğv olunacaq, istənilən şəxs sayt və ya telefon tətbiqi vasitəsilə sistemdə qeydiyyatdan keçib, sənədləri verəcəyi vaxtı müəyyənləşdirə biləcək.

Səfirlikdən bildirilib ki, viza mərkəzinin açılması Azərbaycan vətəndaşlarına Macarıstana getməkdən ötrü viza alınması üçün sənəd qəbulu prosesini daha rahat edəcək.

Son xəbərlər

Orphus sistemi