Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir Azərbaycanda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası başlayıb
Xarici siyasət
11 Yanvar , 2016 12:33
Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası başlayıb. "Report"un məlumatına görə, bu il qış sessiyası kibertəhlükəsizlik və kibercinayətkarlıq məsələlərinə həsr edilib.

Əvvəlcə tədbir iştirakçılarına kibertəhlükəsizliyin əhəmiyyəti haqqında ümumi məlumat verilib. Dünyada hər il həyata keçirilən kibercinayətkarlığın vurduğu ziyanın milyard dollarlarla ölçüldüyü qeyd olunub.

Ardından "kibertəhlükəsizliklə bağlı siyasi məsələlər", "kibertəhlükəsizliyin qanuni çərçivəsi", "kibertəhlükəsizlik, kiberhücumlar, risklər və çağırışlar" və s. mövzularında müzakirələr keçirilib.

Sessiyanın işində Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir.

Qış sessiyası yanvarın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi