Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib Tərəflər ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri, regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib
Xarici siyasət
18 Fevral , 2016 13:18
Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə XİN başçısı Elmar Məmmədyarov çoxsaylı insan tələfatına səbəb olan Ankaradakı terror aktı ilə əlaqədar türkiyəli həmkarına və Türkiyə xalqına başsağlığı verib.

Görüşdən sonra jurnalistlərə açıqlamasında azərbaycanlı nazir tərəflərin ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri, o cümlədən nəqliyyat, iqtisadiyyat sahələrini, regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdiklərini bildirib.

M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Türkiyənin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb: "Bu məsələdə birgə fəaliyyət göstəririk. Fevralın 26-da Xocalı faciəsinin növbəti ildönümünü qeyd edəcəyik. Bu soyqırımı törədənləri lənətləyirik".

Türkiyəli nazir, həmçinin sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyinə, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üzrə işlərinin gedişi ilə yerindəcə tanış olacaqlarına ümid etdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi