Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək Səfir: "Baş nazir Viktor Orbanın da Azərbaycana cavab səfəri gözlənilir"
Xarici siyasət
6 Noyabr , 2015 14:13
Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Bakı. 6 noyabr. REPORT.AZ/ "Növbəti ilin ilk yarısında Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyi gözlənilir".

Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.

Onun sözlərinə görə, hökumətlərarası komissiya ikitərəfli əməkdaşlığın bütün sferalarını əhatə edir, həmsədrlər - Macarıstan xarici işlər naziri Peter Siyarto və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında isə dostluq münasibətləri yaranıb.

"Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin noyabrında Macarıstana səfərə gəldiyindən Macarıstanın baş naziri Viktor Orbanın da Azərbaycana cavab səfəri gözlənilir. Baş nazirin Azərbaycanın təklifinə müsbət cavab verəcəyinə ümid edirik. Mən bu məsələ ilə bağlı işləyirəm", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi