Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək

Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək Malena Mard: "Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və investorudur"
Xarici siyasət
14 Aprel , 2016 11:39
Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ "Biz Azərbaycan və Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlıq məsələsinə böyük əhəmiyyət veririk".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard deyib.

O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında readmissiya və viza rejiminin sadələşdirilməsi barədə imzalanmış sazişləri xatırladıb. Səfirin sözlərinə görə, bununla hər iki tərəf müəyyən qrup insanların hərəkətinin asanlaşdırılmasında maraqlı olduğunu nümayiş etdirib.

"Mən bu planda böyük potensial görürəm. Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və investorudur. Biz də biznesmenlərimiz üçün viza məsələlərini asanlaşdırmalıyıq ki, onlar görüşlər keçirə bilsinlər. Bu mənada mayın 17-18-də Bakıda Aİ-Azərbaycan biznes forumu təşkil etməyi planlaşdırırıq. Bu, mühüm hadisə olacaq. Biz forumda Aİ və Azərbaycan arasında ticarət əlaqələri və investisiyaların hansı yollarla artırılmasının mümkünlüyünün istiqamətlərini müəyyənləşdirəcəyik", - deyə diplomat sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi