Bakı V Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb

Bakı V Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb Rusiya XİN: "Hazırda forumla bağlı hazırlıq işləri görülür"
Xarici siyasət
9 İyul , 2016 11:18
Bakı V Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu il sentyabrın 29-da Bakıda V Beynəlxalq Humanitar Forum keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Hazırda forumla bağlı hazırlıq işləri görülür", - deyə Rusiya XİN-dən qeyd olunub

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. 2010-cu il Forumunun təşəbbüsçüləri Azərbaycanın Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiyanın prezidenti Dmitri Medvedev olub.

Son xəbərlər

Orphus sistemi