Bakı sakinləri Türkiyə səfirliyinə gül aparmaqda davam edir - FOTO

Bakı sakinləri Türkiyə səfirliyinə gül aparmaqda davam edir - FOTO Xarici ölkələrin səfirləri, ictimai təşkilatların, dövlət orqanlarının nümayəndələri xatirə kitabında qeydlərini aparmaq üçün səfirliyə gedir
Xarici siyasət
30 İyun , 2016 12:02
Bakı sakinləri Türkiyə səfirliyinə gül aparmaqda davam edir - FOTO

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı sakinləri İstanbulun Atatürk Hava Limanında baş vermiş terror hücumu ilə əlaqədar ikinci gündür başsağlığı əlaməti olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə gül aparmaqda davam edir.

"Report" xəbər verir ki, səfirliyin qarşısında İstanbulda baş vermiş terror hücumunda dünyasını dəyişənlərin xatirəsini yad edən sadə Bakı vətəndaşlarının gətirdikləri gül dəstələri düzülüb.

Həmçinin səhər tezdən xarici ölkələrin səfirləri, ictimai təşkilatların, dövlət orqanlarının nümayəndələri xatirə kitabında qeydlərini aparmaq üçün səfirliyə gedir.

Xatırladaq ki, iyunun 28-də üç terrorçu İstanbulun Atatürk Hava Limanında terror aktı törədib. Üç partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. Terror aktına görə, Türkiyədə bir günlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar dünya liderləri Türkiyəyə başsağlığı verərək terrora qarşı olduqlarını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi