Azərbaycan prezidenti makedoniyalı həmkarına məktub göndərib

Azərbaycan prezidenti makedoniyalı həmkarına məktub göndərib Prezidenti İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanovu Müstəqillik günü münasibətilə təbrik edib
Xarici siyasət
7 Sentyabr , 2016 18:13
Azərbaycan prezidenti makedoniyalı həmkarına məktub göndərib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan və Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri, daim genişlənən əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və rifah arzulayıram."

Son xəbərlər

Orphus sistemi