"Bakı 2015"lə əlaqədar Azərbaycan-Gürcüstan sərhəd mühafizə orqanları arasında əlaqələr gücləndiriləcək

"Bakı 2015"lə əlaqədar Azərbaycan-Gürcüstan sərhəd mühafizə orqanları arasında əlaqələr gücləndiriləcək Gürcüstan Sərhəd Polisinin rəisi general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib
Xarici siyasət
3 İyun , 2015 10:32
Bakı 2015lə əlaqədar Azərbaycan-Gürcüstan sərhəd mühafizə orqanları arasında əlaqələr gücləndiriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstan Sərhəd Polisinin rəisi general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə "Report"a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bu ilin iyun ayında Azərbaycanda I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Son xəbərlər

Orphus sistemi