Azərbaycanın ədliyyə naziri Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasında çıxış edəcək

Azərbaycanın ədliyyə naziri Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasında çıxış edəcək Konqresin növbəti sessiyası oktyabr ayının 14-16-da Strasburqda keçiriləcək
Xarici siyasət
13 Oktyabr , 2014 15:24
Azərbaycanın ədliyyə naziri Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasında çıxış edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasına qatılacaq. "Report" Konqresin mətbuat xidmətinə istinadən xəbər verir ki, F.Məmmədov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar oktyabr ayının 15-də sessiyada çıxış edəcək. 

Bundan başqa, oktyabr ayının 14-16-da keçiriləcək Konqres sessiyası zamanı bu il Niderland (19 mart) Ukrayna (25 may) və Gürcüstanda (15 iyun) keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərə müşahidənin nəticələrinə görə məruzələr, eləcə də Belçikada yerli və regional demokratiya sahəsində vəziyyət haqqında məruzə müzakirə olunacaq. 

Konqres üzvləri həmçinin Konqresin, Yerli hökumət palatasının və Regionlar Palatasının yeni prezidentlərini seçəcəklər. 

Son xəbərlər

Orphus sistemi