Azərbaycanın səfiri etimadnaməsini Bəhreyn kralına təqdim edib

Azərbaycanın səfiri etimadnaməsini Bəhreyn kralına təqdim edib Bəhreyn kralı iki ölkə arasında mövcud olan münasibətlərinin ənənəvi dostluq xarakteri daşıdığını bildirib
Xarici siyasət
12 Sentyabr , 2014 16:16
Azərbaycanın səfiri etimadnaməsini Bəhreyn kralına təqdim edib
Bakı. 12 senytyabr. REPORT.AZ/ Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəməndəkı səfiri, eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı yanındakı daimi nümayəndəsi Rasim Rzayev etimadnaməsini Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifəyə təqdim edib. Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bəhreyn kralı səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərinin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb.

Səfir Rasim Rzayev diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş əsnasında səfir Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətləri, ölkədə son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə ətraflı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi