Bakı. 28 oktyabr. REPORT.AZ/ Noyabr ayının ikinci yarısında Azərbaycanın müdafiə naziri Zakir Həsənov Pakistana səfər edəcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər zamanı müdafiə naziri pakistanlı həmkarı, Pakistanın baş naziri, eləcə ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Həmçinin, 2015-ci ilin ilk rübündə Pakistanda Azərbaycanla iqtisadi məsələlər üzrə Komissiyanın növbəti iclası keçiriləcək. İclasın dəqiq tarixi razılaşdırılacaq.