Azərbaycandan xaricə səfər edən nazirlərə ayrılan büdcə vəsaitlərinin xərc normaları artırılıb

Azərbaycandan xaricə səfər edən nazirlərə ayrılan büdcə vəsaitlərinin xərc normaları artırılıb Nümayəndə heyətinin üzvləri üçün mehmanxana xərcləri isə “standart” kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamalıdır
Xarici siyasət
8 Oktyabr , 2014 16:52
Azərbaycandan xaricə səfər edən nazirlərə ayrılan büdcə vəsaitlərinin xərc normaları artırılıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərara dəyişiklik edib. “Report” xəbər verir ki, dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları artırılıb.

Beləliklə, nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün mehmanxana xərcləri (1 nəfər üçün) “lyuks” kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə ödənilməlidir.

Nümayəndə heyətinin üzvləri üçün mehmanxana xərcləri isə “standart” kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamalıdır.

Bundan başqa, səfər müddərində nümayəndə heyətinin hər bir üzvünə nahar yeməyi üçün 40 manata qədər, şam yeməyi üçün 60 manata qədər, ziyafət (2 dəfədən artıq olmamaq şərtilə) üçün 80 manata qədər, danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi üçün isə 10 manata qədər vəsait ayrılacaq.

Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün) isə nümayəndə heyətinin rəhbəri üçün 100 manata qədər, heyətin üzvləri üçün isə 50 manata qədər vəsait ayrılması nəzərdə tutulub.

Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır. 

Son xəbərlər

Orphus sistemi