Azərbaycanda səfərdə olan Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb
Xarici siyasət
3 Sentyabr , 2014 12:20
Azərbaycanda səfərdə olan Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Report-un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi