Azərbaycan XİN Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının azad edilməsini alqışlayır

Azərbaycan XİN Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının azad edilməsini alqışlayır "XİN Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir"
Xarici siyasət
23 Sentyabr , 2014 10:28
Azərbaycan XİN Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının azad edilməsini alqışlayır
Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azərbaycanın Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır". "Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

"Azərbaycan XİN Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir və ən xoş arzularını çatdırır" - deyə, açıqlamada əlavə olunub.

Qeyd edək ki, bu il iyulun 11-də “İslam Dövləti” qruplaşması Türkiyənin İraqın Mosul şəhərindəki Baş konsulluğuna hücum edərək baş konsul və 48 Türkiyə vətəndaşını girov götürüb. Girovlar sentyabrın 20-də azad edilib.

Son xəbərlər

Orphus sistemi