Azərbaycan XİN Serj Sarqsyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib

Azərbaycan XİN Serj Sarqsyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib "Hərbi cinayətkar Sarqsyan vicdan əzabı çəkmədən insan haqları və demokratiyadan danışır"
Xarici siyasət
25 Sentyabr , 2014 15:51
Azərbaycan XİN Serj Sarqsyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib
Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarqsyanın BMT Baş Assambleyasının 69-cu sessiyasındakı çıxışını şərh edib. 

"Report"un xəbərinə görə, H.Hacıyev öz Tvitter səhifəsində yazıb ki, "hərbi cinayətkar Sarqsyan vicdan əzabı çəkmədən insan haqları və demokratiyadan danışır".

O, Ermənistan prezidentini yalan danışmamağa çağırıb. 

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri həmçinin BMT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsinin olduğunu xatırladaraq vurğulayıb ki, Ermənistan həmin qətnamələri bu günə qədər yerinə yetirməyib. 

Xatırladaq ki, S.Sarqsyan, BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış edərkən, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllinin uzatmaqda ittiham edib. 

Son xəbərlər

Orphus sistemi