Azərbaycan XİN başçısının müavini Venesiya Komissiyası plenar sessiyasının iclasının açılışında iştirak edəcək

Azərbaycan XİN başçısının müavini Venesiya Komissiyası plenar sessiyasının iclasının açılışında iştirak edəcək AŞ Venesiya Komissiyasının 100-cü plenar sessiyası Romada keçiriləcək
Xarici siyasət
9 Oktyabr , 2014 11:52
Azərbaycan XİN başçısının müavini Venesiya Komissiyası plenar sessiyasının iclasının açılışında iştirak edəcək
Bakı. 9 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 10-11-də Romada Avropa Şurası Venesiya Komissiyasının 100-cü plenar sessiyasının açılışı olacaq. "Report" Komissiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyanın açılışında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan bu ilin may ayından noyabr ayına qədər həmin quruma sədrlik edir. 

Sessiya zamanı Venesiya Komissiyasının ekspertləri Ukrayna, Ermənistan, Gürcüstan, Malta, Çernoqorye, Serbiyanın bir sıra qanun layihələrinə dair rəylər çıxaracaqlar. 

Azərbaycanla bağlı məsələlər bu sessiyanın gündəliyinə daxil edilməyib. 

Son xəbərlər

Orphus sistemi