Azərbaycan xarici işlər naziri Avstriya Parlamentinin birinci vitse-spikerini qəbul edib

Azərbaycan xarici işlər naziri Avstriya Parlamentinin birinci vitse-spikerini qəbul edib Görüş zamanı iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət
20 Oktyabr , 2014 17:32
Azərbaycan xarici işlər naziri Avstriya Parlamentinin birinci vitse-spikerini qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Parlamentinin birinci vitse-spikeri Karlheynz Kopfu qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi