Azərbaycan xarici işlər naziri Albaniyanın sabiq prezidentini qəbul edib

Azərbaycan xarici işlər naziri Albaniyanın sabiq prezidentini qəbul edib Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb
Xarici siyasət
29 Oktyabr , 2014 18:03
Azərbaycan xarici işlər naziri  Albaniyanın sabiq prezidentini qəbul edib

Bakı. 29 oktyabr. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanı qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, görüş əsnasında Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi