Azərbaycan və Fələstinin XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizminə dair anlaşma memorandumu imzalanıb

Azərbaycan və Fələstinin XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizminə dair anlaşma memorandumu imzalanıb Nazir Elmar Məmmədyarov Fələstinin xarici işlər nazirini qəbul edib
Xarici siyasət
15 Oktyabr , 2014 17:43
Azərbaycan və Fələstinin XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizminə dair anlaşma memorandumu imzalanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulayıb. 

Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi