Azərbaycan və Almaniyanın XİN başçıları regional və qlobal məsələləri müzakirə ediblər

Azərbaycan və Almaniyanın XİN başçıları regional və qlobal məsələləri müzakirə ediblər Frank-Valter Staynmayer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayıb
Xarici siyasət
23 Oktyabr , 2014 13:00
Azərbaycan və Almaniyanın XİN başçıları regional və qlobal məsələləri müzakirə ediblər

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaymayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, humanitar və elm-təhsil sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu və ticarət dövriyyəsinin üç milyard dollara yaxın olduğunu qeyd edərək, qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Frank-Valter Staynmayer ölkəsinin Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əlverişli potensialın olduğunu vurğulayıb.

Görüş zamanı regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi