Azərbaycan prezidenti ilə Bolqarıstan prezidenti arasında təkbətək görüş olub

Azərbaycan prezidenti ilə Bolqarıstan prezidenti arasında təkbətək görüş olub Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
19 Sentyabr , 2014 18:11
Azərbaycan prezidenti ilə Bolqarıstan prezidenti arasında təkbətək görüş olub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə Bolqarıstan prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub. “Report” xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Görüşdə Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi