Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışılıb
Xarici siyasət
1 Oktyabr , 2014 14:22
Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib
Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışılıb, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi