Azərbaycan prezidenti ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib

Azərbaycan prezidenti ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
22 Avqust , 2014 15:57
Azərbaycan prezidenti ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Report-un xəbərinə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirilib, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi iqtisadi uğurlar nəticəsində ölkənin beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi