Səfir Baard İvar Svendsen iki ölkə arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd edib. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Həmin gün Azərbaycan prezidenti İlham Əliyev Litva Respublikasının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olunub, əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Söhbət zamanı əlaqələrin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev Malayziyanın ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın da etimadnaməsini qəbul edib. Səfir Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edilib, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, iki ölkənin də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulanıb.
Söhbət zamanı əlaqələrin iqtisadi, enerji və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Malayziyanın XIV ali başçısının və baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.