Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov və Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamentinin rəhbəri Mahir Naseer arasında görüş keçirilib.
Bu barədə “Report”a MTRŞ-dən bildirilib.
Məlumata görə, görüşdə teleradio yayımı sahəsində ətraflı fikir mübadiləsi aparılıb, Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamenti ilə Milli Televiziya və Radio Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.