Azərbaycanlı diplomat İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi təyin edilib

Azərbaycanlı diplomat İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi təyin edilib Aqşin Mehdiyev vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq
Xarici siyasət
5 Noyabr , 2015 13:30
Azərbaycanlı diplomat İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi təyin edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürülüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Aqşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

Səfir Aqşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

Son xəbərlər

Orphus sistemi