Sloveniyada azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq

Sloveniyada azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq Yeni aşkar edilən və bərpa olunan 22 azərbaycanlı əsgərin məzarı da ziyarət ediləcək
Xarici siyasət
8 May , 2015 12:24
Sloveniyada azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq

Bakı. 8 may. REPORT.AZ/ Milli Məclisin (MM) deputatı Rauf Əliyev mayın 8-dən 10-dək Sloveniyanın Nova-Qoritsa şəhərində səfərdə olacaq. MM-dən "Report"a verilən məlumata görə, deputat orada İkinci Dünya müharibəsi zamanı Yuqoslaviya müqavimət hərəkatında döyüşmüş və qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən təşkil olunmuş bu tədbirlərdə azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq, yeni aşkar edilən və bərpa olunan 22 azərbaycanlı əsgərin məzarı ziyarət ediləcək.

Son xəbərlər

Orphus sistemi