Azərbaycanla Meksika arasında hüquq sahəsində əməkdaşlıq qurulur

Azərbaycanla Meksika arasında hüquq sahəsində əməkdaşlıq qurulur Meksikanın Azərbaycandakı səfiri Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüb
Xarici siyasət
28 Oktyabr , 2015 11:36
Azərbaycanla Meksika arasında hüquq sahəsində əməkdaşlıq qurulur

Bakı. 28 oktyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, ilk olaraq səfir məhkəmə iclası zalları, konfrans zalı, kitabxana və yeməkxanası ilə tanış olub. Görüşdə Meksika və Azərbaycan arasında ikitərəfli münasibətlər, hər iki ölkəni birləşdirən dəyərlər, Azərbaycanda Meksika mədəniyyətinə olan maraqdan danışılıb. İqtisadi və mədəni sahə ilə yanaşı, hüquq sahəsində əməkdaşlığın qurulmasının zəruriyyəti ifadə olunub.

Ali Məhkəmənin sədri, öz növbəsində, Mexiko şəhərində Xocalı qurbanlarının xatirəsinə ucalan abidəyə görə Meksika dövlətinə təşəkkürünü bildirib.

Görüş zamanı səfir R.Labardini ölkənin məhkəmə-hüquq sistemi, hakimlərin şeçilməsi prosesi və bu sahədə həyata keçirilən islahatlar barədə məlumatlandırılıb.

Görüşün sonunda tərəflər iki ölkənin Ali Məhkəmələri arasında əməkdaşlığın gücləndirilməsinə dair istəklərini ifadə edib.

Son xəbərlər

Orphus sistemi