​Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlər imzalanıb

​Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlər imzalanıb İki Anlaşma Memorandumuna imza atılıb
Xarici siyasət
2 Aprel , 2015 14:01
​Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlər imzalanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sənədlərin imzalanması mərasimi olub. “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzalayıblar.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu maliyyə naziri Samir Şərifov və BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzalayıblar.

Son xəbərlər

Orphus sistemi