Azərbaycanın yeni baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Azərbaycanın yeni baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb Görüşdə iki ölkə arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilib
Xarici siyasət
11 Oktyabr , 2016 14:12
Azərbaycanın yeni baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın Təbrizdə yeni təyin olunmuş baş konsulu Əliyənnağı Hüseynov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə tanışlıq görüşü keçirib.

Konsulluqdan "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək, bundan sonra da iqtisadi, mədəni, idman və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.

Vali İsmayıl Cabbarzadə Ə.Hüseynovu baş konsul təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar arzulayıb. Baş konsul səmimi qəbula və təbrikə görə İ.Cabbarzadəyə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi