Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb Elmar Məmmədyarov "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək
Xarici siyasət
26 Noyabr , 2015 11:54
Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb. "Report"un məlumatına görə, E.Məmmədyarov Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələrini xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Görüşdə "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsinin gedişatı, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq. 

Görüşdə, həmçinin genişləndirmə üzrə Avropa komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqi Şmidtin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə 6 dövlət - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.

Son xəbərlər

Orphus sistemi