Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği çox önəmlidir - Devid Harris

Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği çox önəmlidir - Devid Harris Bu fikirləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru söyləyib
Xarici siyasət
5 Fevral , 2015 02:39
Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği çox önəmlidir - Devid Harris

Bakı. 5 fevral. REPORT.AZ/ “Biz Azərbaycanın dostları olaraq bu ölkənin uğurlarının ABŞ-da və bütün dünyada daha geniş təbliği üçün əlimizdən gələni etməliyik. Bu, çox önəmlidir. Xüsusilə də Azərbaycanın İsraillə münasibətlərinin dərinliyi, ABŞ üçün nə dərəcədə önəmli olması, müasir və dünyəvi ölkə kimi nümunəviliyi, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması daha çox təbliğ edilməlidir.

"Report" AzərTAc-a isinadla xəbər verir ki, bu fikirləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris jurnalistlərə müsahibəsində söyləyib.

Devid Harris Azərbaycanın həm ABŞ-ın strateji maraqlarından irəli gələrək, həm bir tolerantlıq modeli olaraq, həm də qarşılıqlı hörmət nümunəsi göstərən bir ölkə kimi dəyərini yüksək qiymətləndirdiklərini bildirib. O, Azərbaycan ilə İsrail, eləcə də dünyadakı yəhudi icmaları arasında yaxşı münasibətlərin olduğunu və bu münasibətlərin getdikcə daha da dərinləşdiyini diqqətə çatdırıb.

Xocalı soyqırımına münasibət bildirən icraçı direktor deyib: “Ailәsi Holokost qurbanı olmuş bir şəxs kimi düşünürəm ki, belə faciələrin bir daha baş verməməsi üçün dövlәtlәr, dini rəhbərlər, bütün xoş niyyətli insanlar səylərini əsirgəməməlidirlər”.

Son xəbərlər

Orphus sistemi