Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkənin okean və balıqçılıq naziri Yu Ki-Cun və nəqliyyat və infrastruktur naziri Yu İl-ho ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Koreyadakı səfirliyindən məlumat verilib.
Görüşlərdə Azərbaycan-Koreya münasibətləri, o cümlədən dənizçilik və nəqliyyat sahəsində iki ölkə arasında perspektiv əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.