Azərbaycanın Pakistandakı səfiri diplomatik mükafata layiq görülüb

Azərbaycanın Pakistandakı səfiri diplomatik mükafata layiq görülüb Mükafat diplomatik, humanitar, mədəniyyət və digər sahələrdə xidmətlərə görə verilib
Xarici siyasət
11 Dekabr , 2014 10:46
Azərbaycanın Pakistandakı səfiri diplomatik mükafata layiq görülüb
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri  Daşqın Şikarov "Diplomatik Ustalıq Mükafatı 2014" (Diplomatic Excellence Awards 2014) - bu ölkədə diplomatiya sahəsində ən ali mükafata layiq görülüb.

"Report" "Pakobserver"ə istinadən xəbər verir ki, mükafat diplomatik, humanitar, mədəniyyət və digər sahələrdə xidmətlərə görə verilib.

Mərasimdə çıxış edən Pakistan prezidentinin baş katibi Əhməd Faruk diplomatlar, hökumət üzvləri və Pakistan xalqının yaxınlaşmasından bu mükafatın əhəmiyyətini vurğulayıb. 

D.Şikarovdan başqa daha 14 səfir və beynəlxalq təşkilatların nümayəndələri mükafata layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi