Azərbaycanın mədəniyyət və turizm naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb Görüşdə qaçqınlar və Azərbaycanın onlara göstərdiyi yardım məsələsinə toxunulub
Xarici siyasət
29 İyun , 2016 09:41
Azərbaycanın mədəniyyət və turizm naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Mogens Lyukketoft ilə görüş keçirib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ə.Qarayev bu il 25-27 aprel tarixləri arasında Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələri barədə M.Lyukketofta məlumat verib.

Tərəflər bütün dünya üzrə gənclərin və uşaqların üzləşdiyi ekstremizm və terrorizm kimi problemləri həll etmək üçün BMT-nin səylərini ikiqat artırmalı olmasının zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin qaçqınlar və Azərbaycanın onlara göstərdiyi yardım məsələsinə toxunulub.

Ə.Qarayev eyni zamanda BMT Baş Assambleyasının prezidentini 2017-ci ilin yazında Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun keçiriləcəyi ilə bağlı da məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi